Nigar Camala dəstək gəldi: “Həmin polislər işdən çıxarılmalıdır"

19 İyun 2017 16:04 (UTC+04:00)

Bunu AzNews.az-a yol təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O, Nigar Camalın DYP-in əməkdaşlarının ünvanına səsləndirdiyi ittihamlarla bağlı ona da vaxtaşırı məlumatlar verildiyini bildirib:

“Hər halda, bu məlumatlar araşdırılmalıdır. Nigar Camal ittiham edib, DYP də desin ki, əsassızdır, sübüt eləsin. Düşünürəm ki, müğənninin dediyi ittihamlar araşdırılmalıdır. Əgər belə nöqsanlar varsa, DYP-nin əməkdaşları ilə bağlı ölçü götürülməlidir.”

Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı cinayət işi açıla bilər: “Məsuliyyətə cəlb olunmalıdırlar, işdən kənarlaşdırılmalıdırlar və təbliğat-təşviqat məsələsi genişləndirilməlidir.”

Müğənni Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarının ünvanına ağır ittihamlar səsləndirib. Bundan əlavə, o, qaydaların DYP-i əməkdaşları tərəfindən pozduğunu bildirib:

Bahar RÜSTƏMLİ

AzNews.az