Daxili İşlər Nazirliyində yeni təyinat - ÖZƏL

11 Fevral 2013 22:27 (UTC+04:00)

Qaradağ Rayonu Polis İdarəsinin Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub.
AzNews.az-ın əldə etdiyi məlumata görə, bu posta mayor rütbəli Sahib Hümbətov təyin edilib.
O, bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Qaradağ yol polisinin rəis postu yanvar ayının əvvəlindən boş idi. Bu şöbənin rəisi Bayram Zeynalov Sumqayıtın Yol polisinə rəis təyin edildikdən sonra bu post boş qalmışdı.

Orxan
AzNews.az