"Bakı möhtəşəm şəhərdir" - Alonso

19 İyun 2017 19:54 (UTC+04:00)

AzNews.az f1news.ru-ya istinadən xəbər verir ki, bu sözləri Mclaren komandasının ulduz pilotu Fernando Alonso deyib:

"Bakı mərhələsinin səfiri kimi mən kolleqalarımdan fərqli olaraq yarış treki ilə daha yaxından tanış olmaq, Bakıda daha çox vaxt keçirmək fürsətim olub. Biz tarixi bir mərkəzdə yarışacağıq. Bura Formula 1 üçün əla məkandı.

Kanadada biz xal qazanmağa çox yaxın idik Biz Bakıya daha böyük qətiyyətlə yola düşürük. Bakı treki təqvimdə ən sürətli şəhər yoludur. Piotlar yüksək sürətlə yarışmağı sevir."