Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır

19 İyun 2017 20:27 (UTC+04:00)

AzNews.az DİM-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, ixtisaslaşma seçiminə iyunun 9-dan başlanıb və bu proses iyunun 19-u saat 23.59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətdə ərizələrini təsdiqləsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiqləmiş bakalavrlar buraxılacaqlar.