Portuqaliyada güclü meşə yanğınları 63 nəfərin ölümünə səbəb oldu

19 İyun 2017 22:38 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.

Portuqaliyanın daxili işlər nazirinin sözlərinə görə, ölənlərdən 24-ün şəxsiyyətini təyin etmək mümkün olmayıb.

Yanğınlar hələ də davam edir.