AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

20 İyun 2017 09:29 (UTC+04:00)

AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.