Amerikalı tələbə dünyasını dəyişdi - Şimali Koreyada işgəncəyə məruz qalıb

20 İyun 2017 10:03 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Otto Uormbir 15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılırdı. Onun həbsdə işgəncəyə məruz qalması faktları iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər.

Şimali Koreya rəsmiləri Uormbirin 1 ildir ki, koma vəziyyətində olduğunu açıqlayıb. Uormbirin zəhərləndiyi qeyd olunur. Amerikalı həkimlər isə, onun başından ağır zərbə aldığını müəyyən ediblər.

Uormbir 15 ay əvvəl Şimali Koreyaya qarşı “düşmənçilik” etdiyinə görə həbs olunmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az