Meşədən istifadə ilə bağlı vəziyyət müzakirə olundu - Seminardan foto

20 İyun 2017 10:20 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, meşə bərpa və mühafizə müəssisəsi əməkdaşlarının, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələrinin və ictimai fəalların iştirak etdiyi seminarda meşələrdən istifadə barədə qanunvericiliyin tələbləri, rayonlardakı meşə təsərrüfatlarında meşədən istifadə ilə bağlı vəziyyət, ictimaiyyətin meşədən istifadə ilə bağlı qərarların qəbul edilməsində şəffaflıq, bu qərarların qəbil edilməsində iştirakı kimi məslələr müzakirə olunub.

Qeyri neft sektorunun inkişafı, xüsusən bitkiçiliyin, heyvandarlığın və ekoturizmin genişləndirilməsinin meşələrə zərərli təsirinin istisna edilməsi və azaldılması əsas müzakirə edilən məsələlərdən biri olub.

Seminarda ETSN meşə təsərrüfatına keçirdiyi inzibati nəzarət nəticəsində meşələrdən qanunsuz istifadəni əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa nail olunduğu qeyd edilib, bununla belə, meşələrə turizm turları təşkil edənlər tərəfindən meşə sahələrinin basqılardan mühafizəsinin gücləndirilməsi və meşələrdən istifadə sahəsində mövcud problemlər müzakirə obyektinə çevrilib. Qeyd edilib ki, bu və ya digər problemlər nazirlik yanında İctimai Şuraya üzv olan QHT-lərin iştirakı ilə araşdırılır və tədbirlər görülür.

Seminarda müzakirə edilən məsələlər ilə bağlı tövsiyələr səslənmiş və həmin tövsiyələrin ETSN yanında İctimai Şurada müzakirə edilməsinə ehtiyac olunduğu qeyd edilib.

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin həyata keçirdiyi layihənin məqsədi ictimaiyyətin qərar qəbul etməyə və ictimai nəzarətə cəlb edilməsi ilə meşələrin mühafizəsi və meşə fondundan istifadənin səmərəliliyinin artırılmasına nail olmaqdır.