Müsəlmanlara hücum edən şəxsin kimliyi məlum oldu – Derren Ozborn (Foto)

20 İyun 2017 11:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Derren Ozbornun ailəsi hadisə ilə əlaqədar dərin sarsıntı keçirdiyini bildirib.

Ötən gün törədilən hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Polis hadisənin terror aktı olduğunu bildirib.

Faktla əlaqədar Londonda müsəlmanlara dəstək aksiyası keçirilib. Bir qrup fəal “Sevgi qazanacaq, terror məğlub olacaq”, “müsəlman qonşuma toxunma” şüarları ilə paytaxt küçələrində yürüş ediblər.

Bəxtiyar Abbasov

AzNews.az