Daha bir hərbi hissədə kütləvi zəhərlənmə - 38 əsgər zəhərləndi

20 İyun 2017 11:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 38 əsgər ürəkbulanma və qusma şikayəti ilə xəstəxanalara yerləşdirilib. Əsgərlərdən 8-in vəziyyəti ağırdır.

Məlumata görə, əsgərlər qidadan zəhərləniblər. Bu, son 2 ayda Türkiyə hərbi hissələrində 3-cü kütləvi zəhərlənmə faktıdır.

Bəxtiyar Abbasov

AzNews.az