Bakıda 100-lərlə insan küçədə qaldı - Foto

20 İyun 2017 11:28 (UTC+04:00)

Milli.Az xəbər verir ki, "Şamaxinka" kimi tanınan ərazidən "20 yanvar" metro stansiyasına kimi dayanacaqlarda quraşdırılan "Bakı kart" terminalları işləməyib.

Ərazidə adıçəkilən terminallarla yanaşı "Milli ön" ödəmə terminalları da var, ancaq onlar da yararsız vəziyyətdədirlər.

Sakinlər bildirirlər ki, bu problem artıq bir neçə gündür davam edir. Onların söylədiklərinə görə, terminallar səhər saatlarında, demək olar, işləmir, ancaq günün ikinci yarısından sonra işə salınır.

AzNews.az