Avtobusda narkotik aşkarlandı

20 İyun 2017 11:40 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerində 2 ədəd bükümdə, ümumi xalis çəkisi 10,97 qram təşkil edən narkotik vasitə - həşiş aşkar edilib.

Yerindəcə aparılan araşdırma zamanı avtobusun sərnişini olan İran vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Vətəndaşla aparılan izahat işləri nəticəsində, avtobusda aşkar edilən narkotik vasitənin ona məxsus olduğu və yoxlama zamanı cibindən çıxardaraq avtobusun yük yerinə atdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.