Sərhəddə partlayış baş verdi – 2 azərbaycanlı yaralandı

20 İyun 2017 12:41 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 35 yaşlı Razi Aslanovun minanı əlinə alan zaman baş verib. Digər yaralanan şəxs 38 yaşlı Ruslan Abışovdur.

Hər iki şəxs bölgədə minatəmizləmə işləri ilə məşğul imişlər. Yaralılar İqdır dövlət xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti stabildir.

Bəxtiyar Abbasov

AzNews.az