Pomidorlarda xəstəlik aşkarlandı- Amerika güvəsi

20 İyun 2017 13:00 (UTC+04:00)

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan istehsalı olan pomidorlara baxış keçirib. Baxış zamanı onlar Azərbaycanda istehsal olunan pomidorlarda xəstəlik aşkarlayıb.

Qurum bu xəstəliyin Cənubi Amerika güvəsi olduğunu müəyyən edib.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən AzNews.az-a bildirdilər ki, sözü gedən məsələ ilə bağlı araşdırılma aparılacaq və bu haqda ictimaiyyətə geniş məlumat veriləcək.

Bahar Rüstəmli

AzNews.az