“Mourinyo vergidən yayınıb” – İspaniyadan növbəti ittiham

20 İyun 2017 16:22 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Mourinyonun 2011-2012-ci illərdə vergilərdən 3.6 milyon dollar yayındırdığı bildirilir.

İspaniya rəsmiləri son günlərdə vergi qaçaqçılığında bir neçə futbolçu və məşqçilərə qarşı ittihamlar səsləndirib.

Onlardan biri də “Real Madrid” futbol klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldodur. Ronaldonun vergidən 14.75 milyon avro yayındırdığı qeyd olunur.

Bəxtiyar Abbasov

AzNews.az