"Biz Bakıdakı yarışa çox yaxşı hazırlaşmışıq" - Paddi Lou

20 İyun 2017 18:54 (UTC+04:00)

AzNews.az f1news.ru-ya istinadən xəbər verir ki, bu barədə Williams komandasının texniki direktoru Paddi Lou danışıb:
"Ötən il ilk yarış maraqlı idi. Biz artıq trası tanıyırıq. və daha yaxşı hazırlaşmışıq. Bakıda 6 km-lik şəhər trasında istiqamət saat əqrəbinin əksinədir. Xarakter və quruluş cəhətdən bu Kanadadakı avtodroma bənzəyir.

Felipe yolu çox yaxşı tanıyır, o, hazırda yaxşı formadadır. Bu səbəbdən biz Kanadada baş verən qəzanı, xoşagəlməz vəziyyəti unutmağa çalışırıq. Bundan əlavə biz ümid edirik ki, bu həftə sonu Lens üçün də çox uğurlu alınacaq və 2 həftə əvvəl Monrealdakı kimi xal qazana biləcək."