Telekanallar cəzalandırılmayacaq

12 Fevral 2013 09:13 (UTC+04:00)


Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

N. Məhərrəmlinin sözlərinə görə, buna səbəb nöqsanlara yol verən telekanalların səhvlərini düzəltməsidir: "Ötən ilin dekabr ayında aparılan monitorinqin nəticələrinə görə reklamla əlaqədar kanallara iradlarımızı bildirdik. Ötən müddət ərzində onlar həmin nöqsanları aradan qaldırdılar. Buna görə də yanvar ayının sonunda biz yenidən bu məsələyə qayıtmadıq. Telekanallarda reklamlarla əlaqədar vəziyyət ürəkaçan deyildi. Amma qısa zaman ərzində bu nöqsanlar aradan qaldırıldı".

Qeyd edək ki, bir müddət əvvəl Şura sədri APA-ya açıqlamasında reklamla əlaqədar qanunvericiliyi pozan telekanallara qarşı birbaşa cərimələrin tətbiq olunacağını demişdi.