Argentinada nasistlərə aid gizli kolleksiya tapıldı

20 İyun 2017 19:35 (UTC+04:00)

AzNews.az BBC-yə istinadən xəbər verir ki, Argentina hakimiyyətinin məlumatına görə, tapılmış artefaktlar nə vaxtsa nasist Almaniyasında yüksək vəzifəli şəxslərə aid olub. Kolleksiyada 75 əşya var.

Argentinanın təhsil naziri Patrisiya Bullrixin sözlərinə görə, kolleksiyaya həmçinin, bir çox yüksək vəzifəli alman nasistlərinin bu artefaktlarla müxtəlif pozalı şəkilləri də daxildir.

Kolleksiyada Adolf Hitlerin büstü, palıd çələngli və svastikalı (Üçüncü reyxin gerbi) qartalın heykəli, başın ölçüsünü təyin etmək üçün tibbi cihaz, svastika işarəli xənçər daxildir.

Bu kolleksiyanın kimlərə məxsus olduğu hələlik təyin edilməyib. Yaxın vaxtlarda bu əşyalar Buenos-Ayresdə Xolokost muzeyində nümayişə çıxarılacaq.