Ölümlə nəticələnən yol qəzası

12 Fevral 2013 09:21 (UTC+04:00)


Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, Hövsan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Qədirov Rasim Gülağa oğlu idarə etdiyi "Moskviç" markalı avtomobillə piyadanı vurub. Nəticədə ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırmalar başlanılıb.

AzNews.az