Sabirabadda ağır qəza - ölənlər var

20 İyun 2017 23:36 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı minik avtomobili ilə “Shachman yük avtomobili toqquşub.

Nəticədə “VAZ 2106” markalı avtomobildə olan iki nəfər dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. Ölənlərin adları və hadisənin təfərrüatları müəyyənləşdirilir.