İŞİD Mosulda Cümə məscidini partlatdı

21 İyun 2017 23:42 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məscid qədim şəhərdə yerləşir. Məhz bu hissədə, yəni Mosulun qərbində qızğın döyüşlər gedir.

İraq hərbçilərinin yaydığı məlumata görə, İŞİD terrorçuları tarixi ən-Nuri məscidini və minarəsini dağıdıblar. İraq hərbçiləri şəhərin mərkəzinə doğru irəlilədikdə İŞİD buna cavab olaraq məscidə zərbə endirib.