İqor Dodon Şəhidlər xiyabanında - Foto

22 İyun 2017 15:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdidib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyduub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Moldova Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.