Rusiya hərbi gəmiləri İŞİD mövqelərini vurdu

23 İyun 2017 10:43 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “İŞİD”ə qarşı keçirilən əməliyyatlar Aralıq dənizinin şərq hissəsindən icra olunub.

Rusiya Müdafiə Nazirliyi bu barədə açıqlama verib. Əməliyyatlarda “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatları və “Krasnodar” sualtı qayığı iştirak edib. “İŞİD”in mövqelərinə 6 ədəd “Kalibr” qanadlı raket atılıb. Əməliyyatlar zamanı Həma vilayətində terrorçulara məxsus silah anbarları məhv edilib.

Bəxtiyar Abbasov

AzNews.az