Deputatlar Prezidentin impiçment olunmasını müzakirəyə çıxardılar- Ukraynada

23 İyun 2017 13:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Yuliya Timoşenko bu dəstəyini elə Ali Radanın iclası zamanı səsləndirib:

“Poroşenkonu öz korrupsiyalaşmış əhatəsi ilə birgə qan, müharibə üzərindən pul qazanmağa başlayandan uzaqlaşdırmaq lazım idi.”

Yuliya Timoşenkonun bu təklifini “Batkivşina” partiyasınının digər üzvləri də dəstəkləyərək, Poroşenkonu dövlətə xəyanətdə ittiham ediblər.

Bir gün əvvəl Kiyev şəhər şurası parlamentin Ukrayna prezidentinin impiçment olunması ilə bağlı mexanizmlər planını qəbul etməsinin tərəfdarı olduğunu bəyan etmişdi. Bu sənədin qəbuluna 62 deputatdan 57-si səs verib.