Oqtay Əsədov Cənubi Koreyaya səfər edəcək

23 İyun 2017 15:03 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Parlamentdən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Rəsmi səfər zamanı Milli Məclisin sədri ölkənin saş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri, ikitərəfli əlaqələrimizin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Səfər zamanı spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə “Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.

Burada Milli Məclis sədrinin müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Səfər iyunun 28-də başa çatacaq.

AzNews.az