Azərbaycanın “Wikipedia”da uğuru – 54-cü pilləyə yüksəldik

23 İyun 2017 17:44 (UTC+04:00)

AzNews.az “AZERTAC”a istinadən xəbər verir ki, “az.wikipedia.org”da hazırda 120 min 575 məqalə var.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, son bir həftədə Azərbaycan dilində “wikipedia” iki pillə irəliləyiş əldə edib.

Bir neçə gün bundan əvvəl hind dilində olan “Wikipedia”nı keçərək 55-ci pillədə qərarlaşan “az.wikipedia” dünən volapük dilində olan“Wikipedia”nı da keçərək 54-cü pilləyə yüksəlib.

Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları “Wikipedia” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə “Wikipedia” ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.

AzNews.az