Təcili yardım maşını qəza törətdi - Sürücü ağır yaralandı

23 İyun 2017 22:08 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, hadisə Fətəli xan Xoyski küçəsində, 5 nömrəli xəstəxananın yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “99 AU 525” dövlət nömrə nişanlı təcili yardım avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə zamanı maşında xəstə olmayıb. İlkin məlumata əsasən, qəza nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.

AzNews.az