Narazı qalan müəllimlərə növbəti şans veriləcək - Video

23 İyun 2017 23:32 (UTC+04:00)

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, təhsil ekspertləri bunun orta təhsilə müsbət nəticələrini şərh edib.

Diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər öz bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya biləcəklər. Təhsil Nazirliyi belə məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də şərait yaradılacaq

Təhsil eksperti Etibar Əliyev bu açıqlamanı şərh edərək deyib ki, bu qərarın bir sıra üstünlükləri var.

Ekspertin fikirincə bütün bu tədbirlər təhsil səviyyəsinin yüksəlməsinə və müəllimlərim əmək haqlarının artırılmasına səbəb olacaq.

Qeyd edək ki, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi artıq son mərhələdədi və tamamlanmaq üzrədir.