Fransadan geri çağırılan səfir I vitse-prezidentin köməkçisi təyin edildi

24 İyun 2017 11:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi. İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb.