Bakının girişində avtomobil yanır: ölən var

12 Fevral 2013 13:26 (UTC+04:00)


Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Salyan şosesində minik avtomobili idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Zərbənin gücündən avtomobildə olan bir nəfər şüşədən bayıra düşüb və yerindəcə keçinib. Az sonra isə avtomobil yanmağa başlayıb.

Maşının içində kimsənin olduğunu hələlik müəyyən etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları hələ gəlməyiblər.

AzNews.az