Akvaparkdakı faciə ilə bağlı həbs edilən var

24 İyun 2017 14:48 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar elektrik təchizatı ilə məşğul olan şəxs tutulub.

Türkiyənin şimal-qərbindəki Sakarya şəhərində yerləşən akvaparkın hovuzunda baş verən faciə nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həyatını itirib. Parkın meneceri və onun oğlu uşaqları xilas etmək istəyəndə onları da elektrik cərəyanı vurub. Onları xəstəxanaya çatdırmaq mümükün olsa da həyatlarını xilas etmək olmayıb.