Pilotların üçüncü sərbəst yürüşü başa çatdı

24 İyun 2017 16:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sonuncu sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valterri Bottas uğurlu nəticə göstərib. 1 dəqiqə 42.742 saniyəlik nəticə ilə birinci olub.

Kimi Raykkonen (“Ferrari”) ikinci, Luis Hemilton (“Mercedes”) isə üçüncüdür.

Bu sessiya Renault komandasının piloru Colion Palmer üçün uğursuz alındı. Britaniyalının maşını yarışın əvvəlində tüstülənməyə başladı.

Saat 17:00-dan etibarən isə sıramala turuna start veriləcək.

Fəridə Abdullayeva

AzNews.az