Formula 1 sıralanma turu başa çatdı - Fotolar

24 İyun 2017 18:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sıralanma turunun birinci sessiyasında Hemilton birinci, Maks Ferstappen ikinci, Kimmi Raykonen üçüncü olub.

Alonso, Qrojan, Eriksson, Vandorn, Palmer üçün sessiya artıq başa çatıb.

Sıralanma turunun ikinci sessiyasında da ən yaxşı nəticəni Hemilton göstərib. İkinci Bottas, üçüncü Fettel oldu.

İkinci sessiyada isə Kvyat, Sayns, Maqnussen,Hülkenberq, Verlayn üçün sessiya artıq başa çatıb.

Sıralanma turunun final sessiyasında Deniel Rikkardo 6-cı döngədə səhvə yol verdi. Arxa təkərlərlə divara çırpıldı. Nəticədə bolidin arxa asılqanı sınıb. Rikkardonun maşını evakuasiya olundu. Serxio Perezin bolidi də divara təmas edərək mübarizəni dayandırdı.

Son sessiyada Hemilton 1:40,593 nəticə ilə birinci,Bottas 1:41.027 nəticə ilə ikinci, Raykkonen 1:41.693 nəticə ilə üçüncü oldu.

Fəridə Abdullayeva

AzNews.az