Salyanda ağır yol qəzası baş verdi - 5 nəfər yaralandı

25 İyun 2017 18:00 (UTC+04:00)

AzNews.az “Report” istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Qəza xəsarət alanlar Cəlilabad sakinləri, 1932-ci il təvəllüdlü Əzizova Nazdar Dərgah qızı (oma sümüyünün sınığı), 2016 Mehdizadə Ayan, 2003-cü il təvəllüdlü Mehdizadə Aytən, 1981-ci il təvəllüdlü Mehdiyeva Dilşad və 1962-ci il təvəllüdlü Mehdiyev Məmmədəli (sürcü) və digər sürücü 1983-cü il təvəllüdlü Salyan rayonu Yenikənd sakini, Səlimov Hüseyn Ağamoğlan oğludur.

AzNews.az