Balığın içindən siçovul çıxdı - Fotolar

26 İyun 2017 16:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ailəsinin Missouri əyalətindəki evində balıq tutmağa çıxan Monroe MacKinney olduqca iri bir Levrək balığı tutub. Balığı çəkib ağızındakı qarmağı çıxarmağa çalışdığı vaxt qarşılaşdığı mənzərəyə inana bilməyib. Balığın içində ölü bir siçovul olub.

MacKinney yaşadığı mənzərə ilə bağlı "Balığın ağızındakı qarmağı çıxarmağa çalışarkən inananılmaz bir şeylə qarşılaşdım. Balığın içində böyük bir siçovul var idi. Bunun necə olduğu ilə bağlı heç bir fikrim yoxdur. Bir Levrək necə bir siçovulu uda bilər? Dilim tutuldu. Gördüyüm mənzərəyə inana bilmədim"-deyə qeyd edib.