Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

26 İyun 2017 18:46 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:35-də başa çatıb.