22 yaşlı gənc bıçaqlandı

26 İyun 2017 20:23 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Ağdam rayonu Bağbanlar kənd sakini, 1995-ci il təvəllüdlü Quluyev Bəhruz Səxavət oğlu tanışı tərəfindən qol nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az