33 yaşlı kişini cərəyan vurdu

26 İyun 2017 21:10 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Sabirabad rayonu, Ulucalı kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Emin Cəfər oğlunu elektrik dirəyində iş görərkən cərəyan vurub öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az