TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:51 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.

Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib.

L. Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın "Snam" şirkətindən qoşulub.

U. Peeraerin sonuncu iş yeri isə Belçikanın "Fluxys" şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib.