Messi evlənir - Maradonanı toya çağırmır

27 İyun 2017 19:51 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində Messinin baş məşqçisi olub. Bundan başqa, toya çağırılmayanlar siyahısında “Barselona”nın prezidenti Xose Mariya Bartomeu, komandanın sabiq baş məşqçisi Luis Enrike, “Real”ın hücumçusu Kriştiano Ronaldo da var.

Kataloniya klubunun sabiq oyunçuları Deku, Ronaldinyo və Silvinyo isə toyda iştirak edəcəklərini deyiblər.

Qeyd edək ki, 30 yaşlı Messinin Antonella Rokkutso ilə toyu iyunun 30-da Argentinanın Rosario şəhərində keçiriləcək.