Hamilə idmançı jurnalın üz qabığı üçün soyundu - Foto

27 İyun 2017 22:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, fotolardan başqa, Serena müsahibəsində maraqlı açıqlamalar verib. 35 yaşlı tennisçi, 34 yaşlı həyat yoldaşı, Reddit portalının yaradıcısı Aleksis Ohanisyandan danışıb.

Cütlük Avstraliya çempionatı vaxtı təşkil edilən əyləncə gecəsində tanış olub.

Hamilə olduğunu ilk dəfə rəfiqəsinə danışan Serena bildirib ki, bu planlı şəkildə olmayıb. Nəticəni sevgilisinə karton qutuda göndərib.

Müsahibə zamanı tennisçi korta 2018-ci ildə qayıtmağı planlaşdırdığını bildirib.

Fəridə Abdullayeva

AzNews.az