Rusiyada terroru dəstəkləyən Azərbaycan vətəndaşına hökm oxunub

28 İyun 2017 14:14 (UTC+04:00)

APA-nın “Arqumenti i faktı” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Privoljsk Volqayanı vilayət Hərbi Məhkəməsi qərar çıxarıb.

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, 22 yaşlı azərbaycanlı 2015-ci ildə Kirov şəhərindəki mənzillərdən birindən özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsinə səs yazısı yerləşdirib.

Ekspertlərin araşdırmalarına əsasən, səs yazısında terror fəaliyyətinə açıq çağırış əksini tapıb.