“Təsadüfi deyil ki, virus sözü “RUS”la bitir”- Ukraynanın erməni naziri

28 İyun 2017 15:10 (UTC+04:00)

Virtualaz.org xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün “Facebook” səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu “virus” sözünün özü də sübuta yetirir.

“Təsadüfi deyil ki, “virus” sözü “RUS” hərf birləşməsi ilə bitir”, - Omelyan öz səhifəsində yazıb.

Bildirək ki, “Petya.A” virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.