"PKK və YPG terror təşkilatları azyaşlılardan istifadə edir"- ABŞ Dövlət Departamenti

28 İyun 2017 16:50 (UTC+04:00)

Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə faktlar Dövlət Departamentinin 2016-cı il üzrə insan alverinə dair hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, PKK və YPG təxminən 12 yaşlı kürd və yezidi qız və oğlan uşaqlarını zorla İraqın şimalındakı münaqişələrə cəlb edib. İŞİD terrorçu qruplaşması da daxil olmaqla, terror təşkilatlarının zorla istismar etdikləri azyaşlı uşaqlar müdafiəsiz qalıblar.

ABŞ dövlət katibi Reks Tillerson hesabatla bağlı açıqlamasında qeyd edib ki, hazırda insan alveri insan haqlarının qorunması məsələsini acınacaqlı bir vəziyyətə salıb.

Azərtac