Prezident xaricdə pul saxlamağı qadağan etdi

12 Fevral 2013 16:11 (UTC+04:00)


Rusiya prezidenti Vladimir Putin məmurlara xaricdə bank hesablarına sahib olmağa qadağa qoyub.

AzNews.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, artıq ölkə başçısı bununla bağlı qanun layihəsini Rusiya Dövlət Dumasına göndərib.

Qanun layihəsinə görə, bundan sonra dövlət qulluqçularına, onların həyat yoldaşlarına və övladlarına xaricdəki banklarda pul hesablarını açmaq yasaqlanacaq.

Hazırda məmurlara xaricdə mülk və evə sahib olmalarına qadağa qoyan qanun layihəsi Dövlət Dumada baxılır.