Qazaxda çay kənarında meyiti tapılan şəxsin kimliyi məlum olub- Yenilənib

28 İyun 2017 20:47 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, 1983-cü il təvəllüdlü Məmmədov Fikrət Qoşqar oğlunun meyiti Ağstafaçay çayının kənarında aşkarlanıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.

***

20:20

APA-nın qərb bürosunun məlumatına görə, Ağstafa çayında bir nəfər çimərkən boğulub.

Hazırda meyit ekspertizaya göndərilib. Çayda batmış şəxsin kimliyi müəyyənləşdirilir.