Qız sevgilisini güllələdi - “Youtube” üçün video çəkəndə (Video)

29 İyun 2017 16:24 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Monalisa Perez adlı qadın sevgilisinin sinəsinə kitab bağlayaraq kitaba atəş açıb.

Cütlük hesab edib ki, qalın olduğu üçün güllə kitabı keçməyəcək. Lakin hadisələrin axını cütlüyün planlaşdırdığı kimi olmayıb. Güllə kitabı dələrək Pedro Ruizin sinəsinə dəyib. Ruiz yerindəcə keçinib. İddialara görə, qadını belə bir addım atmağa təhrik edən Ruiz özü olub.

Hadisə ilə əlaqədar Monalisa Perezi 10 il həbs cəzası gözləyir.

Bəxtiyar Abbasov

AzNews.az