İranlı nazir müavinin Bakı səfəri təxirə salındı

12 Fevral 2013 17:23 (UTC+04:00)
İranın xarici işlər nazirinin müavini Həsən Qaşqavinin növbəti həftə Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb.Bunu SalamNews-a İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

O deyib ki, görüşün təxirə salınması Azərbaycan tərəfinin xahişi ilə olub. Belə ki, Azərbaycan tərəfdən onun görüşəcək həmkarının iş cədvəlinin sıxlığı səfərin təxirə salınmasına səbəb olub. Səfər Novruz bayramından sonra reallaşacaq.

Qeyd edək ki, İran XİN müavininin Azərbaycana səfərinin məqsədi iki ölkə arasında konsulluqvə viza məsələlərini müzakirə etmək idi.

AzNews.az