Ramiz Rövşən oğluna toy edir-FOTO

12 Fevral 2013 19:09 (UTC+04:00)
Tanınmış şair Ramiz Rövşən oğluna toy edir. Bu barədə bəyin özü Rövşən Əliyev Modern.az saytına məlumat verib. Rövşən Əliyevin toyu bu gün "Şərq sarayı" şadlıq sarayında baş tutacaq. O, Bakı Slavyan Universitetinin (BSU) laborantı Elnurə Verdiyeva ilə ailə həyatı quracaq.

Toyda Azərbaycanın tanınmış ziyalıları, ədəbiyyat nümayəndələri, ictimai-siyasi xadimləri iştirak edəcək. Toyda müğənnilərdən Flora Kərimova, Aşıq Azər, Ehtiram Hüseynov, Alim Qasımov, Lamiyə Novruzova, Teymur Əmrah və başqa sənətçilər iştirak edəcəklər.

Qeyd edək ki, Rövşən Əliyevin özü əvvəllər Bakı Slavyan Universitetində dərs deyib. Hazırda o, Türkiyənin Səlçuk Universitetində işləyir. O, elə gələcək xanımı ilə BSU-da işləyərkən tanış olub. Rövşən Əliyev Türkiyəyə getməzdən öncə Elnurə ilə nişanlanmışdı.