Dünyanın ən bahalı orta məktəbi - Foto

30 İyun 2017 15:28 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məktəbin illik təhsil haqqı, təxminən, 114 min dollar təşkil edir.

İsveçrənin ən qədim məktəbi olan “Le Rosey”də Belçika kralı İkinci Albert, İran Şahı, Monako Şahzadəsi, Misir kralı Faruk kimi nüfuzlu şəxslər təhsil alıb.

Məktəbin düşərgəsi 28 hektar ərazini əhatə edir. Bu məktəbin düşərgəsi, sanki, otel kimidir. Burada açıq və qapalı hovuzlar var. Tələbələr məktəbin yataqxanalarında qalırlar. Məktəb 67 ölkədən tələbə qəbul edir. Hazırda bu məktəbin 400-ə yaxın tələbəsi var. Burada tələbələr tədris ili ərzində 4 əcnəbi dil öyrənilər. Tələbələr ən az 2 dili yaxşı bilməlidirlər. Məktəbin kitabxanasında isə 20-dən çox dildə kitablar var. Məktəbin xüsusi geyim forması da var. Əsasən, tədbirlərdə tələbələr bu formaları geyinirlər. Tələbələrin 60 faizi hər hansı bir musiqi alətində ifa etməyi bacarır. Tələbələr üçün müxtəlif idman dərnəkləri də fəaliyyət göstərir.

Bəxtiyar Abbasov

AzNews.az